Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələrin normallaşmasında maraqlı olduğunu açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Suriya lideri aparılacaq danışıqlarda nəticənin əldə edilməsinin önəminə diqqət çəkib.
“Türkiyə ilə qarşıdan gələn danışıqlar yaxşı hazırlanmalı və konkret nəticələr əldə etmək üçün aydın gündəliyə malik olmalıdır”, - Əsəd bildirib.