11 Mart 2023 16:48
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralda ABŞ-ın dövlət büdcəsi 262 milyard dollar kəsirlə üzləşib.

Teleqraf.com xəbər verir ki, məlumat ABŞ Maliyyə Nazirliyinin fevral ayı üçün büdcə balansı hesabatında qeyd olunub.

Ötən ilin eyni ayında federal hökumətin büdcə kəsiri 217 milyard dollar olub. Beləliklə, büdcə kəsiri əvvəlki ilin eyni ayı ilə müqayisədə 21 faiz artıb.

Fevralda hökumətin gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə təxminən 10 faiz azalaraq 262 milyard dollar, xərcləri isə 4 faiz artaraq 525 milyard dollar olub.

ABŞ-da 2022-ci ilin oktyabrın 1-də başlayan maliyyə ili 2023-cü ilin sentyabrın 30-da başa çatacaq. Cari maliyyə ilinin beşinci ayında ölkənin cəmi büdcə kəsiri ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 52 faiz artaraq 723 milyard dollar olub.

Sözügedən kəsir ötən ilin eyni dövründə 476 milyard dollar səviyyəsində olub.

Maliyyə ilinin ilk 5 ayında xərclər əvvəlki ilin eyni dövrünə görə 8 faiz artaraq 2,5 trilyon dollara, gəlirlər isə təxminən 4 faiz azalaraq 1,7 trilyon dollara yüksəlib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər