11 Mart 2023 20:04
3 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Kiyevdə onun adının “Moskoviya” olaraq dəyişdirilməsi ideyasına cavab vermək imkanları var, məsələn, “Bandera Reyx”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib.

“Ali Kiyev nasisti Rusiyanın adının Moskoviya olaraq dəyişdirilməsi məsələsinin işlənib hazırlanmasını tapşırıb. Yaxşı, heç nə demirəm. Cavabımız? Əlbəttə, Xoxlandiya deyil. Kiçik Rusiya da deyil. Ən dəqiqi budur: Bandera Reyx”, - Rusiya rəsmisi bildirib.

Bundan əvvəl Ukrayna Prezidenti Vladimir Zelenski baş nazir Denis Şmıqala Rusiyanın adının yerli dildə “Moskoviya” olaraq dəyişdirilməsi məsələsini həll etməyi tapşırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər