Diyarbəkirdə PKK müxtəlif təxribatlara yol verir. Heç bir səlahiyyəti olmayan məhkəmələr yaradır, yerli siyasətçiləri və iş adamlarını cəzalandırır.
Teleqraf.com-un məlumatına görə, bu tip provokasiyalara daha birisi əlavə olunub. Belə ki, minlərlə Türkiyə vətəndaşının qanını tökmüş Ocalanın əksi olan pul vahidi basılıb.