“ABŞ hökuməti Ukraynadakı müharibəni dayandırmaq üçün Çinin Rusiya üzərindəki təsir rıçaqlarından istifadə etməsini istərdi”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Vaşinqtonun Çin sədri Si Cinpinin Rusiyaya qaeşıdakı səfərindən nə gözlədiyi sualına cavab verərkən deyib.
Onun sözlərinə görə, Çinin Rusiya üzərində Vaşinqtonda olmayan təsir rıçaqları var.
“Dünyada bizim Rusiya ilə aramızda olmayan qədər əlaqələri olan ölkələr var. Rusiya ilə münasibətlər baxımından Çin bu siyahının başındadır. İstərdik ki, dünya ölkələri Rusiyanı bu qəddar müharibəni dayandırmağa inandırmaq üçün bu əlaqələrdən və təsir rıçaqlarından istifadə etsinlər”, - Prays bildirib.