18 Mart 2023 16:53
3 391
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Finlandiyanın NATO-ya üzvlük müraciətinin Türkiyə parlamentdə ratifikasiya prosesinə başlamaq qərarını alqışlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan açıqlama verib.

"Birləşmiş Ştatlar Prezident Rəcəb Tayyib Ərdoğanın Finlandiyanın NATO-ya üzvlük protokolunu parlamentə göndərəcəyi barədə açıqlamasını alqışlayır və bu prosesin ən qısa zamanda yekunlaşmasını gözləyir, - ABŞ rəsmisi deyib.

Türkiyənin İsveçin NATO-ya üzvlüyünü də təsdiq etməsini istədiklərini söyləyən Sallivan Macarıstanı həm Finlandiya, həm də İsveç üçün təsdiq prosesini gecikdirmədən tamamlamağa çağırıb.

Sullivan Finlandiya və İsveçin NATO dəyərlərini bölüşən, Avropanın təhlükəsizliyinə töhfə verən güclü tərəfdaşlar olduğunu bildirib:

“ABŞ hesab edir ki, hər iki ölkə ən qısa vaxtda NATO-ya üzv olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər