22 Mart 2023 10:19
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinə məxsus sosial şəbəkə – “TikTok” ABŞ-lı istifadəçilərin məlumatlarını Çin hökuməti ilə paylaşmayıb və paylaşmayacaq.

Teleqraf.com “Reuters”ə istinadla xəbər verir ki, bunu yüz əlli milyondan çox amerikalı istifadəçisi olan “TikTok” sosial şəbəkəsinin baş icraçı direktoru Shou Zi Chew açıqlayıb.

O bildirib ki, əgər belə bir tələb olsaydı belə, bu, yerinə yetirilməzdi.

Shou Zi Chew əlavə edib ki, “TikTok”un sahibi “ByteDance” şirkəti heç bir hökumətə və ya dövlət qurumuna məxsus deyil:

“Birmənalı olaraq qeyd edirəm ki, “ByteDance” Çinin və ya başqa bir ölkənin agenti deyil”.

Qeyd edək ki, “TikTok”un tənqidçiləri onun ABŞ-dakı istifadəçi məlumatlarının proqram tərəfindən Çin hökumətinə ötürülə biləcəyini bildirirlər və bu, ABŞ qanunvericiləri tərəfindən tətbiqin qadağan edilməsi çağırışlarının artmasına səbəb olur.

Ağ ev administrasiyası “TikTok” sosial şəbəkəsinin çinli sahiblərindən öz hissələrini satmalarını istəyir. Əks halda sosial şəbəkənin Birləşmiş Ştatlar ərazisində istifadəsinə qadağa qoyulacaq.

Ötən ilin sonlarında ABŞ Konqresi federal hökumətin elektron qurğularında və telefonlarında “TikTok” sosial şəbəkəsindən istifadəni qadağan edən qanunu təsdiqləyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər