22 Mart 2023 13:34
1 080
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 22-nə keçən gecə Kiyev vilayətinə pilotsuz kamikadze uçuş aparatı ilə hücum olub. Mülki obyektə ziyan dəyib və yanğın başlayıb, 3 nəfər ölüb, 7 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyası məlumat yayıb.

Hadisə yerində Dövlət Fövqəladə Hallar Xidmətinin, Milli Polisin və müvafiq fövqəladə hallar xidmətlərinin bölmələri işləyir. Zərərçəkənlərə lazımi yardım göstərilir.

Gecə boyu Ukrayna ərazisinə, o cümlədən paytaxt Kiyevə və onun vilayətinə Rusiya silahlı qüvvələri tərəfindən İran istehsalı olan kamikadze dronları ilə hücum olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya hərbçiləri gecə saatlarında “Şahed-136” PUA-dan istifadə edərək kütləvi hava zərbəsi endirib. İlkin məlumatlara görə, düşmən 21 pilotsuz uçan aparatı işə salıb, onlardan 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər