22 Mart 2023 18:25
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa prezidenti Emmanuel Makron ölkənin pensiya sistemində islahatların fonunda bildirib ki, o, yenidən prezidentliyə namizəd olmağı planlaşdırmadığı üçün seçkilərdəki reytinqini ölkənin maraqları naminə qurban verməyə hazırdır.

Teleqraf.com xəbər verir ki, o bu barədə “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.

“Mən yenidən seçilmək fikrində deyiləm, konstitusiyaya görə bunu edə bilmərəm. Ani ictimai rəy sorğuları ilə ölkənin maraqları arasında mən ikincini seçəcəyəm. Qeyri-populyarlıqla üzləşməli olsam, buna hazıram”.

Dövlət başçısı etiraf edib ki, “qanuni qəzəbi söndürməyə çalışmaq” onun öhdəliyindədir, lakin qəzəbin zorakılığa çevrilməməli olduğunu vurğulayıb və bunu qəbuledilməz adlandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər