23 Mart 2023 17:59
1 571
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın bərpası 383 milyard avro dəyərində qiymətləndirir.

Teleqraf.com "TASS"-a istinadla xəbər verir ki, Avropa Komissiyası, BMT Dünya Bankı və Ukrayna hökuməti bu nəticəyə gəlib.

Avropa Komissiyası qeyd edib ki, bu, Ukraynanın bərpası xərclərinin ikinci qiymətləndirilməsidir, birincisi Rusiyanın xüsusi əməliyyatının başlamasından bir neçə ay sonra həyata keçirilib.

“Ukrayna hökuməti, Dünya Bankı Qrupu, Avropa Komissiyası və Birləşmiş Millətlər Təşkilatının bu gün açıqladığı yeni birgə hesablamaya əsasən, Ukraynada yenidənqurma və yenidənqurma xərcləri 411 milyard dollara (383 milyard avroya) yüksəlib”.

Sənəddə dəqiqləşdirilir ki, qiymətləndirmə 12 ay ərzində, yəni ötən il fevralın 24-dən 2023-cü il fevralın 24-dək olan vəziyyətə əsaslanır.

Hesabatda qeyd olunduğu kimi, binalara və infrastruktura birbaşa ziyan 135 milyard dollardan çoxdur. Bildirilir ki, ən çox yaşayış binaları, nəqliyyat, energetika, ticarət və sənaye, eləcə də kənd təsərrüfatını zərər görüb.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər