ABŞ prezidenti Co Bayden Missisipi ştatında baş verən tornado ilə əlaqədar ştatda fövqəladə vəziyyətin elan edilməsi ilə bağlı sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.
Məlumata əsasən, ABŞ prezidenti yerli hakimiyyət orqanlarına federal yardım göstərməyi əmr etdi.
C.Baydenin sərəncamı ABŞ Daxili Təhlükəsizlik Departamenti və Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin Missisipi hakimiyyətinə yardım göstərilməsini nəzərdə tutur.