27 Mart 2023 08:43
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkəti Çində neft emalı zavodu və neft-kimya zavodu tikəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, tikiləcək zavodun 2026-cı ildə istismara verilməsi planlaşdırılır.

Şirkətdən verilən məlumata görə, bu istiqamətdə artıq Çinin “Norinco” və “Panjin” şirkətləri ilə ortaq fəaliyyət başlanılıb.

“Saudi Aramco” müştərək müəssisənin 30 faizinə, “Norinco” 51 və “Panjin” isə 19 faizinə sahib olacaq.

Müəssisənin gündəlik istehsal gücü 300 min barel olan neft emalı zavodu, həmçinin illik 1,65 milyon ton etilen və 2 milyon ton paraksilol istehsal gücünə malik neft-kimya zavodu tikiləcək.

Layihə lazımi təsdiqləri aldıqdan sonra tikintiyə 2023-cü ilin aprelindən sonra başlanılacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər