29 Mart 2023 08:00
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskva şəhərində Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə İranın xarici işlər naziri Hüseyn Əmir Abddulahian arasında görüş baş tutacaq.

Teleqraf.com xəbər verir ki, artıq İranın xarici siyasət idarəsinin rəhbəri Moskvadadır. Nazirlər İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası məsələlərindən tutmuş Cənubi Qafqazdakı vəziyyəti və digər mövzuları müzakirə edəcəklər.

Vurğulanıb ki, diplomatlar Ukrayna müharibəsini, Rusiya, Türkiyə, İran və Suriya xarici işlər nazirlərinin müavinlərinin Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üzrə görüşünün hazırlanması, “3+3” formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Türkiyə, İran) ikinci görüşün təşkilini də diqqət mərkəzində saxlyacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər