31 Mart 2023 08:29
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Finlandiya Xarici İşlər Nazirliyi NATO-ya üzvlük protokolunun təsdiq üçün Türkiyəyə təşəkkür edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin "Twitter" hesabında paylaşım edilib.

Yazıda "Təşəkkür edirik! Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləmə qərarına görə, Türkiyə Böyük Millət Məclisinə minnətdarıq". ifadələri yer alıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto da "Twitter" hesabında proseslə bağlı məlumat verib və deyib:

"Bu gün 10 aydan çox davam edən işi geridə qoyduq. 17 may 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət etdik. İlk təsdiqlər Kanada və Danimarkadan alındı. Macarıstan təsdiqini sabah Vaşinqtona təqdim etməlidir. İndi Türkiyə Böyük Millət Məclis öz qərarını verdi. Tarixi günləri yaşayırıq”, - deyə paylaşımda bildirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər