2 Aprel 2023 08:29
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Los-Anceles şəhərində (Kaliforniya ştatı) "Trader Joe’s" mağazasının yaxınlığında naməlum şəxs insanlara atəş açıb.

Teleqraf.com xəbər verir ki, atışma nətcəsində 1 nəfər həlak olub, 3 nəfər isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır və ya çox ağır kimi dəyərləndirilir.

Bildirilir ki, atəş açan şəxs polislər tərəfindən saxlanılıb.

İnsidentin səbəbi araşdırılır.


Müəllif: Teleqraf.com