Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Murat Nurtleunu ölkənin xarici işlər naziri təyin edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Akorda (Prezident Administrasiyası) məlumat yayıb.
M.Nurtleu həm də Qazaxıstan Baş nazirinin müavini vəzifəsini icra edəcək.
Xatırladaq ki, daha əvvəl o, Qazaxıstan Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində çalışıb.