“ABŞ heç bir şəkildə Alyaskadan Rusiyanı təhdid edə bilməz”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın təqaüddə olan kəşfiyyat zabiti və BMT-dəki keçmiş müfəttişi Skot Ritter deyib.
“Hazırda ABŞ Alyaskadan heç bir ciddi təhlükə yaratmır”, - keçmiş kəşfiyyatçı bildirib.
Bundan əlavə, Ritter qeyd edib ki, Rusiya Arktikada öz müdafiəsini gücləndirmək baxımından ABŞ-ı qabaqlayır:
“Rusiya regionun potensialını bilir və bu, indiki şəraitdə ABŞ-a bu əraziyə nəzarət təşəbbüsünü ələ keçirməyə imkan vermir”.
Keçmiş kəşfiyyat zabiti vurğulayıb ki, ABŞ belə bir plan hazırlaya bilər, amma bunun həyata keçirilməsi üçün Vaşinqton Alyaskada keçmiş hərbi infrastrukturu bərpa etməlidir.