Türkiyə öz seçimini etmək üçün mayın 14-də seçkiyə gedəcək.
Teleqraf.com xəbər verir ki, CHP sədri Kamal Kılıçdaroğlu namizədliyini açıqladıqdan sonra PKK terror təşkilatı və siyasi qanadı HDP-dən ardıcıl dəstək mesajları alır.
HDP-nin seçkilərdə Kılıçdaroğluna dəstək qərarından sonra bu partiyadan olan deputat Hasip Kaplan sosial media hesabında ona səs istəyib.
PKK liderləri Duran Kalkan, Mustafa Karasu və Bese Hozat da CHP sədrinin lehinə açıqlamalar verib.
Kılıçdaroğluna daha bir dəstək isə Reyhanlı teraktının iştirakçısı THKP/C terror təşkilatının lideri Mihrac Uraldan gəlib.
CHP liderinə dəstəyini açıqlayan baş terrorçu deyib:
“Ərdoğanı devirmək üçün bütün qüvvələrlə birləşmişik. Birlikdə Yaşıl Sol Partiyası ətrafında yerimizi alacağıq. Bütün demokratik qüvvələrin toplaşdığı Millət İttifaqı, Əmək və Azadlıq İttifaqı və Sosialist Güc Birliyi ilə gücümüzü birləşdirmişik”.