12 Aprel 2023 08:43
669
12 Punto 14 Punto 16 Punto 18 Punto

Myanma hərbçilərinin ölkənin şimalındakı Sikayn bölgəsindəki bir kəndə endirdiyi hava zərbələri nəticəsində 100-ə yaxın insan həlak olub.

Teleqraf.com xəbər verir ki, bu zərbələr hakimiyyət əleyhdarları tərəfindən təşkil edilən mərasim iştirakçılarına endirilib.

Məlumatlara görə, ölənlər arasında çoxlu sayda uşaq da var. İlkin məlumatlarda ölənlərin sayının 50-yə yaxın olduğu bildirilsə də, lakin sonradan müxalifətyönümlü medianın yaydığı hesablamalara görə bu rəqəm 100-ə çatıb.

Təyyarənin səhər saatlarında müxalifət hərəkatının yerli ofisinin açılışına toplaşan izdihamın üzərinə bombalar atdığı bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər