14 Aprel 2023 14:56
1 474
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstandan olan ən azı üç hakim Vaşinqton tərəfindən sanksiyaya məruz qalan hakimlərlə həmrəy olmaq üçün ABŞ-a təlimə getməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Ali Ədliyyə Şurasının üzvü Dmitri Qvritişvili məlumat verib.

“Bu ay (22-30 aprel) gürcü hakimlərin ABŞ-a tanışlıq səfəri planlaşdırılırdı. Gürcüstanın Ali Ədliyyə Şurasının üzvü kimi mən xəbər tutdum ki, səfərdə iştirak edən üç hakim – Nana Coxadze, Tamara Bejanişvili və Konstantin Kopaliyani getməkdən imtina ediblər və bunu rəsmi şəkildə şuraya təqdim ediblər”, - Qvritişvili deyib.

O, əlavə edib ki, hakimlərin bu qərarı həmrəylik aktıdır, çünki ABŞ nümayəndələrinin gürcü hakimlərə qarşı açıq-aşkar ədalətsiz və alçaldıcı yanaşması var.

Badri Koçlamazaşvili də öz həmkarlarına dəstək məqsədilə ABŞ səfərindən imtina edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər