16 Aprel 2023 18:28
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniya kralı III Çarlzın şəxsi sərvəti 745 milyon dollara çatır.

Teleqraf.com xəbər verir ki, onun sərvəti anası Kraliça II Elizabetin (1926-2022) sərvətini üstələyib.

Bildirilir ki, kralın gəlirləri Kornuol hersoqluğunun uğurlu idarəçiliyi sayəsində belə əhəmiyyərli nəticə əldə edə bilib.

III Çarlz hələ Uels şahzadəsi ikən 2011-2022-ci illərdə hersoqluğun gəlirini 42,6% artıraraq ildə 25,4 milyon funta (31,5 milyon dollar) çatdırıb. Ölkə daxilində hersoqluğa daxil olan 130.000 akr (52.600 hektar) ərazinin, habelə Londondakı 260 fermanın və bir stadionun ümumi dəyəri demək olar ki, 50% artaraq 1.04 milyard funta (1.3 milyard dollar) çatıb.

Bildirilir ki, təkcə 2012-ci ildən 2022-ci ilə qədər əlahəzrət qraflığa sahib olmaqdan 212,7 milyon funt sterlinq (264 milyon dollar) məbləğində gəlir əldə edib və könüllü olaraq ondan tələb olunmayan gəlir vergisini ödəyib.

Qeyd olunur ki, 74 yaşlı monarx həm də qənaətcilliyi ilə tanınır. Belə ki, o, tez-tez uzun illər əvvəl aldığı kostyumları geyinir və elektrik enerjisinə qənaət etməkdə çox diqqətlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər