17 Aprel 2023 09:14
957
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Rusiyaya qarşı sanksiyalarından yayınma yollarını dayandırmaq üçün növbəti iki həftə ərzində bir sıra ölkələrə səfər edəcəklər.

Teleqraf.com xəbər verir ki, Amerika rəsmiləri İsveçrə, Avstriya, Qazaxıstan və Qırğızıstana səfər etməyi planlaşdırır.

Səfər zamanı Rusiya ilə qarşılıqlı əlaqəsini davam etdirən rəsmi şəxslər, maliyyə institutları və şirkətlərlə danışıqlar aparılacaq.

Qeyd olunur ki, ABŞ Maliyyə Nazirliyi ölkələr üçün aydın biznes həlli hazırlayıb və onlars seçim imkanı verir. Ya qlobal iqtisadiyyatda iştirak, ya da Rusiya ilə əməkdaşlığı davam etdirərək dünya bazarlarına çıxışdan məhrum olmaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər