ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.
Teleqraf.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məsələ ilə bağlı Konqres məlumatlandırılıb.
Satış paketinə Avtomatik Qəzadan Qaçma Sistemləri, həmçinin mövcud F-16-ların Link-16 taktiki məlumat bağlantısı sistemini "Blok Təkmilləşdirmə-2" səviyyəsinə yüksəltmək üçün müvafiq avadanlıq və mühəndislik dəstəyi daxildir.
ABŞ Konqresinin NATO üzvlərinə verilən satış icazələri üçün 15 iş günü, NATO üzvü olmayan ölkələr üçün isə 30 iş günü ərzində Departamentin qərarından şikayət etmək hüququ var.