İsveçin Höteborq şəhərində dövlət qurumlarının qarşısında PKK terror təşkilatının “bayraq”ları asılıb.
Teleqraf.com xəbər verir ki, baş verənlər Türkiyədə etirazla qarşılanıb.
NATO-ya üzv olmaq istəyən İsveç nə terrora dəstəyi dayandırıb, nə də islamofobiya ilə mübarizə aparır. Yazılı anlaşma ilə Türkiyə qarşısında üzərinə götürdüyü öhdəliklərin heç birini yerinə yetirməyib.
NATO-ya üzvlük prosesində konkret addımlar atacağı gözlənilsə də, öhdəliklərindən yayınaraq Finlandiyadan geri qalıb. Türkiyə Böyük Millət Məclisi Finlandiyanın NATO-ya üzvlük protokolunu təsdiqləsə də, bu səbəblərdən İsveçlə bağlı hələlik bir qərar verməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan öhdəliklərini yerinə yetirməyənə qədər İsveçin NATO üzvlüyünə “yaşılıq işıq” yandırmayacaqlarını açıqlayıb.