19 Aprel 2023 12:30
1 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məmləkət partiyasının sədri, prezidentliyə namizəd Məhərrəm İncə “Sözcü” TV-də seçki gündəmi ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, son günlərdə gündəmdə olan “namizədlikdən çəkiləcək” iddiasına İncənin cavabı sərt olub.

“Namizədliyinizi geri götürəcəksinizmi” sualına partiya sədri belə cavab verib:

“Belə şey olarmı?! Bu sualı sayğısızlıq sayıram. Belə bir şey yoxdur. Bunu sual kimi qəbul etmirəm. 114 min insana nə deyəcəyik? İmza atıblar, bunu doğru hesab etmirəm. Necə yəni, çəkilsin?! Bu mümkündürmü? Bu, çox qeyri-demokratikdir, humanist deyil. Bu, tam bir tender mafiya üsuludur. Mən demokratik hüququmdan istifadə edirəm. 114 min adam gəlib imzasını atıb.

Bəs Maral Akşənər niyə 2018-ci ildə çəkilmədi? Təməl Karamollaoğlu bu qədər bilirsə, niyə mənim xeyrimə çəkilmədi? O zaman Kılıçdaroğlu niyə Maral xanımın geri çəkilməsini istəmədi? Mənə gələndə, çəkil. Bu mümkündürmü? Seçkiyə gedirik, bülletenlər çap olunub. Bu hörmətsizlikdir".

“Kılıçdaroğlu sizin aldığınız səslərlə uduzsa, siz də uduzmuş sayılmayacaqsınızmı” sualına isə İncənin reaksiyası belə olub:

“Seçkidə uduzsaq, hesabını sən verəcəksən” anlayışından birdəfəlik çıxaq. Bu örtüyü hazırlamaq üçündür. Bu, Türkiyəni düşünməkdir, seçkidə qalib gəlmək deyil. Əgər seçkidə qalib gəlməyə köklənsəydilər, mənim yayımımın ortasında reklam verməzdilər. On üç ay ərzində çətinliklə bir namizəd seçmisiniz. “Qazanacaq namizəd” demişdiniz, sonda uduzacağını vurğuladığınız namizədi seçdiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər