ABŞ prezidenti Co Bayden administrasiyasının bir sıra nümayəndələri ABŞ iqtisadiyyatı üçün defolt təhlükəsindən narahatdırlar.
Teleqraf.com “Politico” nəşrinə istinadən xəbər verir ki, buna səbəb Bayden və Nümayəndələr Palatasının spikeri Kevin Makkarti arasında milli borc limitinin artırılması ilə bağlı danışıqların olmamasıdır.
Nəşr yazır: "İdarəetmə daxilində narahatlıq səviyyəsində bəzi fərqlər var, çünki iqtisadi yönümlü yüksək vəzifəli məmurlar defoltun şiddətindən daha çox narahat olduqlarını bildiriblər".
Qeyd olunur ki, Bayden və Makkarti arasında rəsmi və qeyri-rəsmi ünsiyyət yoxdur, onların bütün qarşılıqlı əlaqəsi mətbuatdakı bəyanatlarla məhdudlaşır.