Nyu-York məhkəməsi Mozambikin keçmiş maliyyə naziri Manuel Çanqa 8,5 il həbs cəzası kəsib.
Teleqraf.com xəbər verir ki, sabiq nazir korrupsiyada ittiham olunur.
Çanq 2018-ci ildə CAR-da ABŞ məhkəməsinin orderi ilə həbs olunub. O, Mozambik şirkətlərinin Amerika banklarından dövlət təminatı altında aldıqları 2 milyard dollar məbləğində kreditin mənimsənilməsində təqsirli bilinir. Altı ildir həbsdə saxlanılan Çanq bundan sonrakı 2,5 ili də məhbəsdə keçirəcək.