Nigeriyada yanacaqdaşıyan maşının partlaması nəticəsində 70 nəfər ölüb.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Niger ştatının Dikko bölgəsində qeydə alınıb.
Əksər meyitlərin tanınmaz hala düşdüyü bildirilir.
Hadisə nəticəsində daha bir neçə nəfərin xəsarət aldığı bildirilir.
Məlumata görə, yük maşınında 60 min litr benzin olub.
Hadisənin səbəbləri araşdırılır.