Beynəlxalq ictimaiyyət Livan silahlı qüvvələrinin öz ölkəsini və xalqını müfadiə etmək üçün silahla təmin olunmasını zəruri sayır.
Teleqraf. com xəbər verir ki, Beyrutda respublikanın baş naziri vəzifəsini icra edən Nacib Mikati ilə görüşdən sonra BMT baş katibi Antonio Qutteriş belə deyib.
O bildirib: "Biz Livan ordusunun güclənməsi üçün əlimizdən gələni əsirgəməməliyik. İndi əhalini müdafiə etmək üçün Livan silahlı qüvvələrini hərbi texnika ilə təmin etmək çox vacibdir".