01:47
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın cənubundakı Passau qatar stansiyasında sərnişinlər bomba təhlükəsi səbəbiylə təxliyə edilib.

Teleqraf.com "Bild"ə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarına iki uzaq məsafəli qatara partlayıcı qurğular qoyulması ilə bağlı anonim zəng daxil olub.

Qatar stansiyası bomba təhlükəsi səbəbindən bağlanıb və sürətli qatarın sərnişinləri təxliyə edilib. Daha sonra polis itlərlə stansiyada və qatarda axtarış aparıb.

Nəticədə partlayıcı qurğu tapmayıb.

İnsident Nürnberq və Vyana arasında dəmir yolu hərəkətində fasilələrə səbəb olub.


Müəllif: Arzu

Oxşar xəbərlər