10:58
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Koreyanın Prezidenti Yun Sok Yol Seulun Qərb Dairə Məhkəməsinə gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

İmpiçment nəticəsində səlahiyyətləri dayandırılmış Koreya lideri həbs müddətinin uzadılması ilə bağlı dinləmələrdə iştirak edəcək.

Prosesin həllinin gecə yarısına qədər uzana biləcəyi ehtimal edilir.

Daha əvvəl prezidentin vəkili Yun Qap Qın Yun Sok Yolun hüquqşünasların məsləhəti ilə iclasda iştirak edəcəyini bildirmişdi.

Xatırladaq ki, Cənubi Koreya tarixində ilk dəfə müvəqqəti olaraq vəzifəsindən kənarlaşdırılmış, lakin fəaliyyətdə olan Prezident Yun Sok Yol qiyam ittihamı ilə yanvarın 15-də həbs edilib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər