Təl-Əvivdə naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” nəşri məlumat yayıb.
Məlumata görə, hadisə günorta saatlarında baş verib. Hüquq-mühafizə orqanları hücumu terror hücumu kimi qiymətləndirib. Silahlı şəxsin İsrailə qanunsuz daxil olan 19 yaşlı fələstinli olduğu üzə çıxıb.
Hadisə nəticəsində bir neçə nəfər yaralanıb.