"ABŞ modifikasiya edilmiş "B61-12" nüvə bombalarının Avropada yerləşdirilməsinə başlayıb".
Teleqraf.com xəbər verir ki, bunu Amerika Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının (NNSA) rəhbəri Cil Hrubi deyib.
Onun sözlərinə görə, dünyada nüvə mənzərəsi çox dəyişib və çoxqütblü dünya nizamı əvvəlkindən daha mürəkkəbdir.
“Birlikdə biz kritik tədarük zəncirinin davamlılığı üçün vizyonumuzu inkişaf etdiririk. NATO güclüdür. Yeni B61-12 nüvə bombaları tam şəkildə yerləşdirilib .Biz ərazilərə səfərlər və digər müntəzəm tədbirlər vasitəsilə NATO-nun nüvə imkanlarımız haqqında məlumatlılığını artırmışıq”, - agentliyin rəhbəri bildirib.