01:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin Karolina Universitetinin Virusologiya İnstitutunun alimləri qrip virusunun dünyada mövcud olan əksər növlərinə qarşı effektiv vaksin hazırlayıb.

Teleqraf.com xəbər verir ki, araşdırmanın nəticələri "Nature Medicine" jurnalında dərc olunub.

Tədqiqatın əsas nailiyyəti süni intellektdən istifadə edərək universal epitopların – virusun müxtəlif növlərində dəyişməyən hissələrinin aşkar olunmasıdır. Bunun sayəsində əksər tanınmış virus ştamlarına qarşı effektiv preparat hazırlanıb.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qrip hər il dünya üzrə təxminən 500 min nəfərin ölümünə səbəb olur. Mövcud vaksinlər hər zaman effektiv olmur, çünki onların tərkibi, müəyyən ştamın mövsümdə üstünlük təşkil edəcəyinə dair proqnozlara əsaslanır. Alimlərin proqnozlaşdıra bilmədiyi virus mutasiyaları isə bu preparatların effektivliyini azaldır.

Tədqiqatın gedişatında alimlərin hazırladığı vaksin həm virus ştamlarının 97 %-dən qorumanı təmin edir, həm də dünya üzrə qripin əksər növlərinə qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir.

Mütəxəssislər həmçinin təcrübədə ilk dəfə olaraq hər il yenilənməyə ehtiyacı olmayan vaksin yaradıblar.

Alimlərin sözlərinə görə, yeni vaksin virusun demək olar ki, dəyişməyən hissələrini aşkar etməyə yönəlib ki, bu da bir çox ştama qarşı uzunmüddətli qoruma təmin edir. Hazırda tədqiqatçılar klinik sınaqların keçirilməsi üçün farmasevtik şirkətlərlə danışıqlar aparırlar. Əgər sınaqlar uğurla başa çatarsa, vaksin üç-dörd il ərzində istifadəyə təqdim oluna bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər