"İsrail hələ də Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən azad edilməli olan girovların siyahısını almayıb , bu siyahı olmadan Qəzza zolağında atəşkəs razılaşması həyata keçirilə bilməz".
Teleqraf.com xəbər verir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.
"Razılaşdırıldığı kimi azad ediləcək girovların siyahısını almayana qədər [Qəzza] razılaşması ilə irəliləməyəcəyik. İsrail razılaşmanın pozulmasına dözməyəcək. Tam məsuliyyət HƏMAS-ın üzərinə düşür", - deyə Netanyahu bildirib.