ABŞ-nin gələcək prezidenti Donald Trampın inauqurasiya mərasiminin Kapitolinin qərb fasadının açıq sahəsindən qapalı rotundaya keçməsi dəvət biletlərinin əksəriyyətinin itirilməsinə səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Senatının mətbuat xidməti məlumat yayıb.
Məktubun mətnində əlverişsiz şəraitə görə qonaqların əksəriyyətinin mərasimdə iştirak edə bilməyəcəyindən səmimi təəssüf hissi ifadə olunur.
Media nümayəndələri üçün rotundaya yalnız Trampın andiçmə mərasimini işıqlandıracaq jurnalistlərə icazə veriləcəyi vurğulanır.