04:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder, "Microsoft" şirkətinin yaradıcılarından olan Bill Qeyts ABŞ-ın gələcək prezidenti Donald Trampla şam yeməyində səhiyyə sahəsindəki problemləri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qeyts jurnalistlərə açıqlamasında danışıb.

O bildirib ki, iki həftə bundan əvvəl baş tutan söhbət zamanı Trampla əsasən İmmun Çatıçmazlığı Sindromu (İÇS) və poliomelit problemindən danışıblar. Sahibkar İÇS dərmanlarının dövriyyəyə buraxlmasını sürətləndirməklə bağlı təklif verib.

Qeyts gələcək prezidentlə uzun davam edən "əyləncəli" şam yeməyindən məmnun qaldığını da bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər