"Onlar Suriyanı üç yerə bölmək niyyətində idilər, lakin bu planlar puça çıxdı".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Ankara Suriyanın yeni hakimiyyət orqanlarının ölkənin siyasi və ərazi bütövlüyünü təmin etmək səylərini yüksək qiymətləndirir.
Ərdoğan bu cür planları kimin hazırladığını açıqlamayıb.
Türkiyə prezidenti həmçinin qeyd edib ki, Ankara suriyalı qaçqınların öz vətənlərinə könüllü qayıtmasını alqışlayır, lakin Suriya vətəndaşlarını geri qayıtmağa məcbur etməkdən çəkinir.