Danimarkalıların əksəriyyəti hesab edir ki, ölkələrinin hakimiyyət orqanları Qrenlandiyanı hərbi cəhətdən qorumaq üçün kifayət qədər iş görmür.
Teleqraf.com xəbər verir ki, bu barədə Danimarkanın TV2 telekanalı Meqafon şirkətinin araşdırmasına istinadən məlumat yayıb.
Belə ki, keçirilən sorğuda iştirak edənlər 62%-i Danimarkanın bu gün Qrenlandiyanı hərbi cəhətdən müdafiə etmək üçün kifayət qədər iş görmədiyini bildirib. Onların 43%-i ABŞ-ın Qrenlandiyada hərbi mövcudluğunu genişləndirməsi ilə razılaşıblar.
Sorğuda iştirak edən danimarkalıların yalnız 12%-i bildirib ki, Danimarka Qrenlandiyanı hərbi cəhətdən qorumaq üçün kifayət qədər işs görür.