18 Yanvar 22:43
12 Punto 14 Punto 16 Punto 18 Punto

Misir, Qətər və ABŞ HƏMAS - İsrail razılaşmasının icrasına nəzarət etmək üçün əməliyyat mərkəzi yaratmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Misir tərəfdaşları Qətər və ABŞ ilə koordinasiyada atəşkəs sazişinin həyata keçirilməsi və onun müddəalarının tam şəkildə yerinə yetirilməsi istiqamətində davamlı olaraq Misirdə yerləşən birgə əməliyyat mərkəzinin yaradılması ilə işləmək niyyətindədir”, - nazirlik qeyd edib.

Mərkəz girov və əsirlərin mübadiləsi, humanitar yardımın idxalı, eləcə də Rəfah keçid məntəqəsi yenidən açıldıqdan sonra insanların gediş-gəlişinə nəzarət edəcək.


Müəllif: Arzu

Oxşar xəbərlər