18 Yanvar 22:25
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya Rusiya Federasiyası , İran və İsraildən malların idxalını , həmçinin son iki ölkə vətəndaşlarının ölkəyə girişini qadağan edib.

Teleqraf.com “Al Arabi”ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

Suriya Maliyyə Nazirliyi cümə günü İran, İsrail və Rusiyadan olan malların idxalına qadağa qoyulduğunu, habelə İsrail və İran vətəndaşlarının Suriyaya girişini qadağan etmək üçün ölkədəki nəzarət-buraxılış məntəqələri və limanlarının səlahiyyətlərini açıqlayıb.

Nəşr əlavə edir ki, bu ölkələrdən gələn mallar müsadirə olunacaq.

Qeyd olunur ki, İsrail mallarına qoyulan qadağa artıq bir neçə ildir ki, mövcuddur.


Müəllif: Arzu

Oxşar xəbərlər