25 Aprel 2023 08:29
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Koreya Respublikası (Cənubi Koreya) prezidentləri Con Bayden və Yun Sok Yol çərşənbə günü görüş zamanı Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) nüvə təhlükəsinə qarşı birgə tədbirləri elan edəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib.

O qeyd edib ki, bu danışıqlarda ABŞ prezidenti Şimali Koreyanın yaratdığı təhlükə fonunda nüvə təhlükəsinin qarşısının alınması üzrə öhdəliyimizi gücləndirəcək.

Onun sözlərinə görə, Cənubi Koreya prezidentinin səfəri KXDR-nin nüvə imkanlarını genişləndirməkdə davam etdiyi mühüm vaxta təsadüf edir və hər iki lider bu məsələni müzakirə etməyi planlaşdırır.

Baydenin müşaviri vurğulayıb ki, Vaşinqton və Seul fikir ayrılıqlarının sülh yolu ilə həllinə və Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə nail olmaq üçün Şimali Koreya ilə dialoq axtarmağa sadiqdirlər.

Bundan əlavə, Sallivan ABŞ və Cənubi Koreya liderlərinin kibertəhlükəsizlik, iqlim dəyişikliyinin azaldılması və investisiya məsələlərini də müzakirə edəcəyini söyləyib.
Qeyd edək ki, Yun Sok Yol aprelin 24-dən 29-dək ABŞ-də dövlət səfərində olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər