29 Aprel 2023 20:22
3 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kamal Kılıçdaroğlu seçkilərdə uduzacaqlarını bəri başdan etiraf edib".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili namizədi Cüneyt Yüksəl deyib.

Siyasətçi müxalifətin Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə bağlı “üçüncü dönəm” iddiasına belə cavab verib:

“Ali Seçki Komissiyası üç dönəm müzakirəsinə son qoydu. Ali Seçki Komissiyasının qararına qarşı heç bir şikayət prosesi yoxdur. Yekun qərardır. Bəziləri “bunları seçkidə gündəmə gətirməyəcəyik” desələr də, dönə-dönə gündəmə gətirdilər. Prezident idarəetmə sisteminin ilk seçkisi 2018-ci ildə keçirilib. İkinci seçki 2023-cü il mayın 14-də baş tutacaq. Ona görə də Konstitusiyamıza uyğundur. Amma ola bilsin ki, kimlərsə seçkilərdən sonra qeyri-demokratik ünsürləri hərəkətə gətirmək üçün hazırlıq görür.

Nəhayət, Kılıçdaroğlunun “Ali Seçki Komissiyasına güvənmirik” sözləri “Seçkiləri uduzuruq, uduzduq” deməkdir. Amma bütün bu konstitusional qurumlar bizim üçün çox önəmlidir”.

Yüksəl müxalifətin “Yeddilik” blokunun ABŞ tərəfindən Prezident Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəstəkləndiyini söyləyib:

“Xatırlayın, Bayden prezident seçilməzdən əvvəl verdiyi açıqlamada “Tayyib Ərdoğanı devirə bilmədik, ancaq müxalifəti dəstəkləyərək bunu edəcəyik” demişdi. Bundan dərhal sonra “Altılıq Masası”nın qurulduğunu görürük”.

Siyasətçi Prezident Ərdoğanın xalqın böyük əksəriyyətinin səsi ilə yenidən seçiləcəyini vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər