Sudan daxilindəkli münaqişə vətəndaş müharibəsinə çevrilərsə və vaxtından əvvəl dayandırılmasa, vəziyyət Suriya və Liviyadakından da pis ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Sudanın keçmiş baş naziri Abdullah Həmduq deyib.
Onun sözlərinə görə, mümkün vətəndaş müharibəsi dayandırılmasa, bu, dünya üçün kabusa çevriləcək.
“Sudanda toqquşan ordu və qiyamçı qruplaşmanın hər biri həm yaxşı təlim keçmiş, həm də təchiz edilmiş hərbçilərdən ibarətdir”, - sabiq baş nazir əlavə edib.
Sudanın vətəndaş müharibəsi nöqtəsinə gələcəyi təqdirdə durumun Suriya, Yəmən və Liviyadan daha pis ola biləcəyini iddia edən Həmduq heç kimin bu mənasız müharibədən qalib çıxa bilməyəcəyini deyib.
Sudan Səhiyyə Nazirliyi aprelin ortalarından bəri ordu ilə Çevik Hərəkət Qüvvələri arasında baş verən qarşıdurmalarda həyatını itirənlərin sayının 528-ə, yaralı sayının isə 4599-a yüksəldiyini açıqlayıb.
İndiyədək beşinci dəfə atəşkəs elan olunsa da, tərəflər qarşıdurmanı davam etdirirlər. Artıq toqquşmalar paytaxt Xartumda Prezident Sarayı və Ordu Baş Komandanlığı ətrafında gedir.