3 May 2023 17:30
1 201
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının sədri Arif Hacılı Rusiyanın paytaxtı Moskvada Kreml Sarayının dronla hədəfə alınmasına münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, partiya sədri baş verənləri Rusiya üçün “sonun başlanğıcı” adlandırıb.

“Kreml vuruldu. 80-ci illərdə bir avropalı gənc təyyarəni Qızıl Meydana (Moskva) endirmişdi. Sonralar bu hadisə sovet imperiyasımın çöküşünün əsas əlamətlərinin biri kimi dəyərləndirildi. Kremlin PUA ilə vurulması da, sonun nə qədər yaxında olduğunun əlamətidir”, - Arif Hacılı bildirib.

Kremlin sözçüsü Dmitri Peskov hücuma görə Ukraynanı ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər