5 May 2023 17:02
8 910
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçiriləcək parlament və parlament seçkiləri yaxınkaşdıqca Qərb mediası prosesə diqqəti daha da artırır.

Teleqraf.com xəbər verir ki, Türkiyə Ali Seçki Komissiyası xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları üçün başlayan səsvermədə iştirak edənlərin sayının 1 milyon 165 mini keçdiyini bildirir.

Xüsusilə Almaniyada səsvermədə fəallıq yüksəkdir. Alman mətbuatı Türkiyə vətəndaşlarının prosesdə aktiv iştirakını gündəmə gətirib.

“German Focus” ölkədə iştirakın yüksək olduğunu yazır.

Yüksək fəallığa diqqət çəkən “T-Online” qeyd edir: “Konsulluğun qarşısındakı növbə bir neçə yüz metr uzunluğundadır”.

Nəşr bildirir ki, Berlindəki yüksək səs-küy Türkiyənin çox vacib bir seçki gözlədiyini göstərir.

“T-Online” bundan əvvəlki seçkilərdə Almaniyadakı səslərin 64.8 faizinin Ərdoğana getdiyini vurğulayıb: “Ərdoğanın Almaniyada sadiq tərəfdarları var”.

“Nd.Aktuell” Almaniyadakı seçicilərin Türkiyənin gələcəyini müəyyənləşdirdiklərini yazır.

“Türkiyə seçkilərində Ərdoğan qalib gəlirmi?” sualına “Frankfurter Rundschau”nun özü cavab verir: “Sorğu iştirakçıları bunun mümkün olduğunu düşünürlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər