4 Yanvar 2015 01:18
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Israil hakimiyyəti Fələstinə qarşı növbəti sanksiyalar tətbiq edib. Teleqraf.com-un məlumatına görə, rəsmi Təl Əviv Fələstin hökumətinin aylıq maliyyələşməsi üçün pul köçürməsini dayandırıb.

"BBC"-nin verdiyi xəbərə görə, bu, Fələstin muxtariyyətinin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmaq niyyətini bəyan etməsindən sonra baş verib.

İsrailin Baş naziri Binyamin Netanyahu 125 milyon dollar məbləğində ödəmənin dondurulması barədə qərarı nazirlər ilə məsləhətləşmələrdən sonra verib.

Fələstin nümayəndələri İsrailin hərəkətini hərbi cinayət kimi qiymətləndiriblər.

Bəlli olduğu kimi, ötən gün Fələstinin BMT-dəki nümayəndəliyi Muxtariyyətin Beynəlxalq Cinayət Məhkəməsinə qoşulmasına dair ərizə verib. Məhkəməyə üzvlük Fələstinə İsrailə qarşı beynəlxalq məhkəmələrdə hərbi cinayətlərlə bağlı iddialar qaldırmağa icazə verəcək.


Müəllif:

Oxşar xəbərlər