11 May 2023 15:28
2 136
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Suriya üzrə keçmiş xüsusi nümayəndəsi Ceyms Cefri Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) İŞİD terror təşkilatının liderini zərərsizləşdirməsindən danışıb.

Teleqraf.com xəbər verir ki, Cefri İŞİD lideri Əbu Həsən əl-Haşimi əl-Qureyşinin öldürülməsində türk kəşfiyyatının böyük iş gördüyünü deyib.

Amerikalı diplomat Türkiyənin 2016-cı ildən bəri apardığı əməliyyatlarla Suriyada böyük əraziləri İŞİD işğalından azad etdiyini bildirib.

ABŞ-ın bölgədəki kürd terror təşkilatlarına dəstəyinə gəlincə, Cefri ABŞ-ın onlara dəstək vermədiyini iddia edib:

“Söhbət İŞİD-lə mübarizədən gedir. Əvvəla, ABŞ heç bir terror təşkilatını dəstəkləmir. Bu, sadəcə siyasi məsələdir. Amma ABŞ onlarla əməkdaşlıq edərkən, bilməlidir ki, bu, Türkiyədə gərgin müzakirələrə səbəb olur. Türkiyənin narahatlığı aradan qaldırılmalıdır. ABŞ YPG terror təşkilatı və ya digər adı SDQ olan təşkilatın PKK-ya bağlı ünsür olduğunu qəbul etməlidir. Bu, həm də gizli təhlükə yaradır. 2014-cü ildə Kobani İŞİD terrorçuları tərəfindən mühasirəyə alınıb. İŞİD 2015-ci ildə Türkiyədə yüzlərlə dinc sakini qətlə yetirib. YPG də 9 ilə yaxındır, bu ortaq missiyadadır. ABŞ Suriyadan çıxsa, İŞİD-in fəaliyyəti genişlənəcək. Bu risk həmişə var.

Türkiyə ordusu birbaşa İŞİD-ə qarşı döyüşdü və inanılmaz bir performans göstərdi. Əsas məsələ Suriya hökumətinə, İrana və Rusiyaya mümkün qədər az torpaq buraxmaq idi. Onların digər ölkələrə, məsələn, müttəfiqimiz Türkiyəyə təhlükə yarada biləcəyindən narahat idik. Bu səbəbdən Bayden hökuməti Amerika hərbçilərini bölgədən (Suriya) geri çəkməyəcək”.

Cefri ABŞ-ın PKK-nın bütün qollarını qanuniləşdirdiyi iddiası ilə bağlı deyib:

“PKK-nı terror təşkilatı hesab edirik. SDQ xaricində digəriləri ilə əlaqə yoxdur. Bunu başa düşmək lazımdır. SDQ-yə komandanlıq edənlər onu “YPG-nin Suriyadakı şərq qanadı” adlandırırlar. Bunlar bizim əməkdaşlıq etdiyimiz və danışdığımız insanlardır. 2014-cü ildən ABŞ-ın dəstəyi ilə İŞİD-ə qarşı mübarizə aparan Suriya Demokratik Qüvvələrindən söhbət gedir. Üstəlik, heç kimlə əlaqəmiz yoxdur. Təbii ki, biz PKK-nı terror təşkilatı hesab edirik. İŞİD təhlükəsi var və biz bu çərçivədə mübarizə aparırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər