Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Rusiyanın birbaşa uçuşları bərpa etməsini və Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsini alqışlayıb.
Teleqraf.com xəbər verir ki, o, bunun müsbət addım olduğunu deyib.
“Rusiyada bir milyon etnik gürcü, bizim həmvətənlərimiz var. Onların hərəkətini asanlaşdırmaq vacibdir”, - o bildirib.
Baş nazir qeyd edib ki, hazırda bir sıra böyük dövlətlərin, eləcə də Azərbaycan və Ermənistanın Rusiya ilə birbaşa hava əlaqəsi var.
“Superdövlət olan Çin, bizim dostumuz və qonşumuz, NATO üzvü olan və Aİ namizədi statusuna malik Türkiyə, eləcə də BƏƏ, ABŞ-ın əsas strateji tərəfdaşlarından biri olan və mənim üçün bir sıra istiqamətlərdə nümunə olan İsrailin Rusiya ilə birbaşa uçuşları var”, - Qaribaşvili bildirib.