16 May 2023 23:12
10 751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ukrayna, Fransa, ABŞ və Almaniya liderlərini müharibəyə başlamaqda ittiham edib.

Teleqraf.com xəbər verir ki, spiker onların tezliklə tarix olacaqlarını söyləyib.

“Makron, Bayden, Zelenski, Şolza gəlincə, onlar keçmişdə qalıblar, gələcək gözəl dünyada olmayacaqlar, çünki onlar dünyanı müharibəyə sürükləmək, Ukraynanı poliqona çevirmək üçün hər şeyi ediblər”, - Volodin bildirib.

Onun sözlərinə görə, adıçəkilən siyasətçiləri beynəlxalq tribunal gözləyir.

“Seçkilər bu gün keçirilsəydi, Makron Marin Le Penə uduzardı, ona görə də onun Çin, Rusiya ilə əlaqəli məsələlərlə bağlı açıqlamaları və uydurmaları Fransa sakinlərinin, vətəndaşlarının diqqətini problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil. Bayden haqqında nə deyə bilərəm, o, sadəcə xəstədir”, - spiker deyib.

Volodin Almaniya Kansleri Olaf Şolzu ölkə iqtisadiyyatını və Rusiya ilə tarixi iqtisadi əlaqələri məhv etməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər